Ukraynaya gedən Böyük Britaniyanın baş naziri Boris Conson prezident Vladimir Zelenski ilə Kiyevi gəziblər.
Telexeber.az Ukrayna prezidentinin ofisinə istinadən xəbər verir ki, ölkələrin liderləri Müqəddəs Mixail meydanı ilə gəzərək, paytaxtdakı Müqəddəs Mixail Qızıl Günbəzli Monastırını ziyarət ediblər.
Bundan əlavə, Zelenski və Conson Ukraynanın həlak olan qəhrəmanlarının xatirəsini yad ediblər.
Onlar həmçinin Rusiyanın məhv edilmiş hərbi texnikasının sərgisinə də baxıblar.