Fuat Oktay 58 yaşında evləndi
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin vitse-prezidenti Fuat Oktay evlənib.
Telexeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Prezident Administrasiyasının Mədəniyyət və İncəsənət Siyasəti İdarəsinin üzvü və prezidentin müşaviri Hümeyra Şahin ilə ailə qurub.
Nikaha Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan şahidlik edib.
Qeyd edək ki, 58 yaşlı Fuat Oktay ilk həyat yoldaşından 2011-ci ildə boşanıb. Onun bu evlilikdən 3 övladı var.