Çin ordusu yeni təlimlərə başladı: Tayvan ətrafında gərginlik
Facebook
Вконтакте
Одноклассники
Google+
Çin ordusu Tayvan ətrafında yeni hərbi təlimlərə başlayıb.
Telexeber.az xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, təlimlərə dəniz və hava qüvvələri cəlb edilib. Təlimlər adanın ətrafında keçirilir.
Qeyd edək ki, ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri Çinlə ABŞ arasında gərginlik yaradıb. Bu səfərdən sonra ABŞ Konqresinin daha bir nümayəndəsi adaya gedib.