Putin Paşinyana başsağlığı verdi

Putin Paşinyana başsağlığı verdiRusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana İrəvanın "Sürməli" topdansatış bazarında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Telexeber.az xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.


"Hörmətli Nikol Vovayeviç, İrəvan ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dərin hüznlə başsağlığımızı qəbul edin. Sizdən həlak olanların ailələrinə ən səmimi başsağlığı və dəstək sözlərini, eləcə də bütün yaralıların tezliklə sağalması diləklərimi çatdırmağı xahiş edirəm", - deyə məlumatda deyilir.

Qeyd edək ki, "Sürməli" topdansatış bazarında baş verən partlayışda 6 nəfər həlak olub. 60-dan çox insan yaralanıb, daha 19 nəfər itkin düşüb.
Популярный ролик