Putin geri addım atdı: Zelenski ilə görüşmək üçün şərtlərini yumşaltdı
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşmək üçün əvvəlki kimi sərt şərtlər irəli sürmür.
Telexeber.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. İddialara görə, Rusiya şərtlərini yumşaldıb. Bundan əvvəl Rusiya tərəfi görüşmək üçün Ukraynanın bəzi şərtləri əvvəlcədən qəbul etməsini tələb edirdi. İndi isə Rusiya tərəfi şərtlərin prezidentlər arasında müzakirə olunmasına razılıq verib.
Qeyd edək ki, Ukraynada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfləri görüşdürmək üçün Vladimir Zelenskiyə təklif irəli sürəcəyi bildirilir.