Ukrayna ordusu elan etdi: İrimiqyaslı hücum başlayıb
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna ordusu ölkənin cənubunda ruslara qarşı hücuma keçib.
Telexeber.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Cənub Komandanlığı sözçüsü Nataliya Humeniuk açıqlama verib. O bildirib ki, Xerson vilayəti də daxil olmaqla ordu bir neçə cəbhədə hücuma keçib. Onun sözlərinə görə, Ukraynanın cənubunda vəziyyət gərgin olsa da, ordunun nəzarəti altındadır.
Qeyd edək ki, Ukrayna ordusunun Xersonda rusların birinci müdafiə xəttini keçdiyi barədə məlumatlar yayılıb. Məlumata görə, Xersondakı rus qoşunlarının demək olar ki, bütün təchizat yolları məhv edilib. Bildirilir ki, Rusiya ordusu Xarkova silahları əsasən Krımdan tədarük edirdi. Həmin yol da məhv edilib. Ukrayna ordusunun uğurlu hücumlar təşkil etməsində HİMARS raket sistemlərinin mühüm rol oynadığı bildirilir.