Dünya yeni müharibənin astanasında - Ordular hərəkətə keçdi
Facebook
Вконтакте
Одноклассники
Google+
İsrail və Livan arasında gərginlik daha da artıb.
Telexeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Benni Qantz orduya sərhəddəki hər cür xoşagəlməz hala qarşı hazır olmaq barədə əmr verib. Məlumata görə, iki ölkə arasında gərginliyin artmasına səbəb dəniz sərhədlərinin müəyyən edilməsində yaşanan fikir ayrılığıdır. ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda tərəflər razılığa gələ bilmir.
İsrail Beyrutun müqavilə layihəsinin dəyişdirilməsi barədə tələbini rədd edib. Məlumata görə tərəflər iki məsələdə razılaşmır. İsrail “duba xətti” adlandırılan ərazinin müqavilədə “beynəlxalq dəniz sərhədinin müəyyənləşdirilməsi” kimi qeyd edilməsini istəyir. Livan isə “duba xətti”nin “beynəlxalq dəniz sərhədinin müəyyənləşdirilməsi” kimi deyil, sərhəddəki toqquşmanın başa çatması” formasında qeyd edilməsini tələb edir. İkinci məsələ isə Kana təbbi qaz yatağının yerləşdiyi ərazi ilə bağlıdır. Hər iki tərəfin ərazi ilə bağlı iddiaları var.