Vahid Ələkbərova gözlənilməz "CƏZA" - Adı siyahıya daxil edildi
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna torpaqlarının ilhaqına görə Yeni Zelandiya Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Telexeber.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb. Bildirilir ki, sanksiyalar Rusiyanın iki şirkətini və 75 vətəndaşını əhatə edir. Onların arasında “Lukoyl” şirkətinin keçmiş prezidenti Vahid Ələkbərov da var. Sanksiya siyahısına Rusiyanın nüfuzlu iş adamları və məmurları daxil edilib.
Yeni Zelandiya hökumətinin məlumatına görə, Ukraynaya hücumdan sonra Rusiya ilə ticarət əlaqələri azaldılıb və bu azalan xətt üzrə gedir.