Putin Ərdoğandan söz, Zelenskidən isə zəmanət istəyib - DETALLAR
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya mediası Prezident Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında əldə edilən “Taxıl sazişi”nə dair danışığın detallarını açıqlayıb.
Telexeber.az xəbər verir ki, tərəflər razılaşmanı telefon danışığı zamanı əldə ediblər. Məlumata görə, Putin Ərdoğana deyib ki, Kiyev real zəmanətlər verəcəyi təqdirdə Rusiyanın sazişə qayıtmasını nəzərdən keçirə bilər. Bildirilir ki, Putin Ərdoğandan taxılın daşınması üçün nəzərdə tutulan dəhlizdən hərbi məqsədlər üçün istifadə edilməyəcəyinə dair söz verməsini istəyib.
Qeyd edək ki, Krım sahillərində Rusiyanın hərbi gəmilərinə dron hücumundan sonra Rusiya sazişdən çıxmışdı. Moskva hücumun araşdırılması başa çatandan sonra müqavilənin nəzərdən keçiriləcəyini qeyd etmişdi. Rusiya Ukraynanın taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etdiyini irəli sürüb.Ərdoğanın səyləri nəticəsində Rusiya bir neçə gün sonra sazişə qayıdıb.