Ərdoğan və Əsəd Rusiyada görüşə bilər - Putinin nümayəndəsi
Facebook
Вконтакте
Одноклассники
Google+
“Türkiyə və Suriya münasibətləri bərpa etmək üçün mesajlar verirlər”.
Telexeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev açıqlama verib. O deyib:
“Suriya və Türkiyənin yavaş-yavaş münasibət quracağına ümid edirik. Türkiyə və Suriya dostca münasibətlər qurmağa ehtiyac duyan iki qonşu ölkədir”.
Prezident Rəcəb Tayyib Ərdoğanın “Suriya Prezidenti Bəşər Əsədlə görüşə bilərəm” açıqlamasına münasibət bildirən rusiyalı nümayəndə qeyd edib ki, Rusiya bu görüşün tərəfdarıdır. O, görüşün Rusiyada təşkil edilməsinə hazır olduqlarını ifadə edib.