Türkiyədə prezident seçkisinin vaxtı qabağa çəkilə bilər - Mustafa Şəntop

Türkiyədə prezident seçkisinin vaxtı qabağa çəkilə bilər - Mustafa ŞəntopTürkiyədə gələn il iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının qabağa çəkiləcəyi istisna deyil.

Telexeber.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop “A haber”ə müsahibəsində deyib.


O bildirib ki, bunun üçün bəzi səbəblər ola bilər: “Xüsusilə nəzərə almaq lazımdır ki, yay aylarında bir çox insan Həcc ziyarətinə gedir. Bu səbəbdən, bəlkə də, seçkilərin vaxtı qabağa çəkilə bilər”.

Onun sözlərinə görə, seçkilərin təyin olunan vaxtda keçirilməsi də problem yaratmır: “Onu da deyim ki, Prezident Rəcəb Tayyib Ərdoğanı seçkidə namizəd olmasına mane olan bir hal yoxdur”.
Популярный ролик