Mövlud Çavuşoğlu ilə israilli həmkarı arasında telefon danışığı olub

Mövlud Çavuşoğlu ilə israilli həmkarı arasında telefon danışığı olubTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.

Telexeber.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Mövlud Çavuşoğlu israilli həmkarını yeni təyinatı münasibətilə təbrik edib.

Nazirlər iki dövlət arasında münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, bundan əvvəl, ötən ilin dekabrın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin yeni təyin olunmuş səfiri İrit Lillianın etimadnaməsini qəbul edib.
Популярный ролик