Putin Ərdoğanı ad günü münasibətilə təbrik edib
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu ad günü münasibətilə təbrik edib.
Telexeber.az xəbər verir ki, Türkiyə Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, Rusiya prezidenti Putin iclas əsnasında prezident Ərdoğanın doğum gününü qeyd edib.
Özbəkistan Prezidenti Şevket Mirziyoyev prezident Ərdoğana telefonla zəng edərək, ona doğum günü münasibətilə təbriklərini çatdırıb. Serbiya prezidenti Aleksandr Vuçiç də prezident Ərdoğanla telefonla danışaraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının tezliklə aradan qaldırılması üçün diləklərini çatdırıb.
Qeyd edək ki, fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn ad günü münasibətilə təbrik edib. Türkiyə Prezidenti təbrikə görə təşəkkürünü bildirib.