Kennedinin qardaşı oğlu prezident olmaq istəyir
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi düşünür.
Telexeber.az xəbər verir ki, bu barədə "Fox News" xəbər yayıb.
Qeyd edək ki, o, Robert Kennedinin (1925-1968) oğlu, keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) isə qardaşı oğludur. "Fox News" vurğulayıb ki, kiçik Robert Kennedi namizədliyinin Demokratlar Partiyasından irəli sürülməsi üçün müraciət etmək niyyətindədir.