Donald Tramp 2024-cü il seçkilərində namizədlər arasında LİDERDİR

Donald Tramp 2024-cü il seçkilərində namizədlər arasında LİDERDİRDonald Tramp populyarlığına görə 2024-cü il seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə ən çox ehtimal olunan bütün digər namizədlərdən irəlidədir.

Telexeber.az xəbər verir ki, bunu yanvarın 19-dan 20-dək keçirilən ictimai rəy sorğusunun nəticələri sübut edir.
Bu təhlilə görə, ABŞ-ın keçmiş prezidenti respublikaçılara səs verən seçicilərin 57%-nin dəstəyinə malikdir. Onun partiya yoldaşları, Florida qubernatoru Ron DeSantis və keçmiş vitse-prezident Maykl Pens isə Trampdan sonra indiyə qədər ən çox ehtimal namizəddir. Əgər Tramp 2024-cü il prezidentlik uğrundan seçkilərdə iştirak etməkdən imtina edərsə Texas senatoru Ted Kruz bundan sonra Respublikaçıların səslərinin 14%-nin dəstəyinə arxalana biləcək.

Qeyd edək ki, sorğuda qeydiyyatdan keçmiş 1815 amerikalı seçici iştirak edib.
Популярный ролик