Tiflisdə minlərlə insanın iştirakı ilə etiraz aksiyası davam edir

Gürcüstan Parlamenti qarşısında etiraz aksiyası davam edir.

Telexeber.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, etirazçılar parlament binasını mühasirəyə almaq istəyirlər.


Buna görə parlament binasının ətrafına xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Aksiya iştirakçılarının tələbi hökumətin “xarici agentlər” qanununu geri çəkməsi və saxlanılanların buraxılmasıdır.


Qeyd edək ki, Tiflisdə ölkə parlamentinin “Xarici agentlər” haqqında qanun layihəsini təsdiqləməsindən sonra etiraz aksiyaları keçirilir. Aksiyada saxlanılanların sayı 76-ya çatıb.
Популярный ролик