Rusiyadan taxıl dəhlizi sazişinin uzadılmasına münasibət
Facebook
Вконтакте
Одноклассники
Google+
“60 gün müddətinə uzadılan taxıl dəhlizi sazişi ilə bağlı bütün vədlər və öhdəliklər yerinə yetirilməlidir”.
Telexeber.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko belə deyib. O bildirib ki, Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı arasında iyulun 22-də İstanbulda imzalanan Taxıl Dəhlizi sazişinin müddətinin uzadılmasına qərar verilib.
“Müqavilənin 60 günə qədər uzadılması razılaşdırıldı. Müqavilənin paket halında olduğu təsdiqləndi. Müqavilə eyni şərtlərlə uzadıldı. Proses yavaş-yavaş davam edir. Ən kasıb ölkələrə təmənnasız verməyə hazır olduğumuz gübrələrimiz bir çox ölkələrin limanlarındadır. Süni maneələr yaradılıb. Biz israrla çalışacağıq ki, bütün vədlər və öhdəliklər yerinə yetirilsin" - Aleksandr Qruşko deyib.