Bu il görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur.
O, 1923-cü il aprelin 28-də həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açıb. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi Zərifə xanımın doğulduğu, böyüyüb boya-başa çatdığı kənddir.
Kənddə görkəmli alimin adını daşıyan məktəb də var. Təhsil müəssisəsi 2005-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
100 il bundan öncə bu kənddə dünyaya göz açan akademik Zərifə Əliyeva Azərbaycan tibb elminə yeniliklər gətirib. O, səhiyyə sahəsində dəyərli töhfələri olan alim, mehriban həyat yoldaşı və qayğıkeş ana kimi qəlblərdə yaşayır.