Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı təkzib etdi
- 23.05.2023, 13:59,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan tərəfinin yaydığı əsassız iddialara cavab verib.
Bu barədə MN-dən Telexeber.az-a verilən məlumatda bildirilib.
“Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik”, - rəsmi məlumatda vurğulanıb.