Avtovağzala yeni təyin olunan rəis hərbi əlilə maddi yardım köməklik etdi.
- 26.05.2023, 10:30,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Beynəlxalq Avtovağzalına yeni təyin olunmuş direktor Qəhrəman Qələndərov, müraciət əsnasında öz ofisində qəbul etdiyi 2 ci qrup hərbi əlilin övladına 25 manat köməklik etdi.
Müraciətdə bildirilir:
-Salam Qəhrəman müəllim,Atam 2ci qrup hərbi əlildi,hal hazırdada müalicə olunur.Heçbiryerdə işləmədiyi üçün ailə vəziyyətimiz acınacaqlıdır.Nə ərzaq almaq imkanımız var,nədəki müalicə üçün dərman.Xahiş edirik köməklik edin.
Qəhrəman müəllim sağolsun,dəvət etdi 2 saat gözlətdikdən sonra gücü çatan köməkliyi etdi (25 manat).
Övlad,Vətən uğrunda sağlamlığını itirmiş atasına qoyulan hörməti Telexeber.az ilə bölüşdü və bizim vasitəmizlə birdaha Qəhrəman müəllimə təşəkkür edir.
Biz həqiqətəndə anlamağa çalışırıq ki,daha əvvəl Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışmış və hal-hazırda Bakı Beynəlxalq Avtovağzalında direktor vəzifəsini icra edən Qəhrəman Qələndərovun imkanı elə 25 manatamı çatdı?!