Dövlət Komitəsində bir ilk: Dünya Bankı ilə qrant sazişi imzalandı - FOTO

İyunun 2-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Dünya Bankı arasında “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” qrant layihəsi üzrə Razılaşma Məktubu imzalanıb.

Telexeber.az xəbər verir ki, sənədi Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Dünya Bankının səlahiyyətli nümayəndəsi-Azərbaycan, Avropa və Mərkəzi Asiya ölkələri üzrə meneceri Sara Maykl imzalayıblar.

Layihənin əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq ölkəmizdə 2023-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrin bacarıqlarının, dəstək xidmətlərinə çıxışın və gəlirgətirən sahələr üzrə imkanlarının artırmasından ibarətdir.

Ortaq əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş ərazilərdə reinteqrasiya tədbirləri çərçivəsində müxtəlif proqramların həyata keçirilməsində icmaların iştirakının təmini, davamlı inkişaf siyasətinə hazırlıq məqsədilə məcburi köçkün icmalardabacarıqların artırılması, onların inkişaf etməsi üçünzəruri mühitin yaradılması məqsədilə maarifləndirmə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 36 ay davam edəcək layihəyə ümumilikdə 18 şəhər və rayon üzrə 520 benefisiarın bilavasitə eyni sayda ailəni əhatə etməklə, ümumilikdə 2500 nəfərdən çox işsiz şəxsin cəlb edilməsi planlaşdırılır. Qrant layihə çərçivəsində hazırda yaşayış şəraitinə görə həssas kateqoriya kimi müəyyən edilmiş məcburi köçkünlərə üstünlük veriləcəkdir.
Популярный ролик