SOCAR-da vəzifəli şəxs 274 min manatlıq yanacağı mənimsəyib
- 09.06.2023, 12:08,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Telexeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, istintaqla Bayram Bağırovun həmin vəzifədə işləyərkən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə rəhbərlik etdiyi müəssisəyə etibar edilmiş ümumilikdə 274 min manatdan artıq məbləğdə benzin və dizel yanacağını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Bayram Bağırova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İbtidai istintaq dövründə vurulmuş ziyanın bir qisminin ödənilməsi təmin edilib.