Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya etdiyi səfərləri və bu səfərlər çərçivəsində təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib. Qələbəmizdən üç il keçməsinə baxmayaraq Şuşa inkişaf edir, gözəlləşir.
Gözəl şəhərim Şuşa.
Uca dağlar qoynunda,
Dağılmış Şuşamız var.
Şuşanı dirçəltməyə,
Komandan İlhamımız var.
İndi Şuşa yenidən,
Tikilib abadlaşır.
Qışın oğlan çağında,
Şuşada güllər açır.
Hər gəlib görən inan,
Bu şəhərə vurulur.
Şəhərdə Natəvanın,
Üzeyirin, Bülbülün,
Heykəlləri ucalır.
Şuşa abidələri,
Bulaq və kəhrizləri,
Lap yenidən qurulur.
Düşmənin ürəyinə,
İti oxlar vurulur.
''Qarabağ şikəstəsi'',
Havalanır Şuşada.
''Xarı bülbül'' oyanıb,
Nəğmə deyir Şuşada.
Çünki Şuşa Azərbaycan üçün adi şəhər deyil, milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix deməkdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Şairəmiz bu zəfəri illər sonra bizə yaşadan Əsgərlərimizi və vətən uğrunda canlarından keçib adlarını tarixə yazmış Şəhidlərimizidə unutmayıb.
Azərbaycan Əsgəri.
Sən mənim qürur yerim,
Andım-ismin,şərəfin,
Səninlə işıqlanır,
Açılır hər səhərim.
Azərbaycan Əsgərim!
Düşmənə sipər oldu.
Sənin döyüş səngərin,
Səninlə qürurlanır,
Öyünür hər nəfərim.
Azərbaycan əsgərim!
Şuşa adınla qaldı,
Dünya səndən dərs aldı.
Əbədiyyət qazandın,
Yazıldın tarixlərə.
Dövlətim, həm millətim,
Azərbaycan Əsgərim!
Şəhidlər.
Vətən uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsinə.
Amansız gedişə,
Düşdü yolunuz.
Od-alov içində,
Qaldı canınız.
Yarıldı bağrımız,
Artdı ağrımız.
Səpildi çöllərə,
Şirin qanınız
Ürəyim Şəhidlər,
Gözüm Şəhidlər
Gülləyə verdiniz,
Siz sinəniz.
Mərdliklə qorudunuz
Vətəninizi.
Qaldırdınız göylərə
Bayrağımızı.
Unutmadiq biz sizi,
Unutmarıq heç zaman
Ürəyim Şəhidlər,
Canım Şəhidlər.
Tənzilə Əliyeva, sevimli şairəmiz.