Dənizdə batan türkiyəli iş adamı buna görə batıb - TƏFƏRRÜAT
- 21.08.2023, 11:51,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində suda batan Türkiyə vətəndaşı dörd yaşlı qızını xilas edən zaman boğulub.
Telexeber.az "Oxu.az"a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Süleyman Filizin dörd yaşında qızı suda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman o, suya girib, qızı xilas olsa da, qayalıqlar deyilən ərazidə onun cansız bədəni aşkarlanıb.
S.Filizin meyiti aidiyyəti üzrə təhvil verilib.
Türkiyə vətəndaşının iş adamı olduğu bildirilir.