Zülümlə, zillətlə, əkib-- becərdiyi məhsulu bazara çıxararaq, satıb gəlir əldə etmək istəyən kəntli, haqsızlıqla üzləşib.
Belə ki, Telexeber.az-a müraciyyət edən izləyicimiz bildirir ki, əvvəllər kolxoz bazarı, hal- hazırda isə Kənt bazarı adı altında fəaliyyət göstərən bu bazar sözün əsil mənasında soyğunçuluqla məşquldur desek heçdə yanılmarıq.
Müraciyyətə əsasən bildirmək istəyirik ki,hər-bir kəntlidən gündəlik 3 manat yer pulu tələb olunur.
Bu da azmış kimi 3 manatı verməkdən boyun qaçırdan hərkəsə hədə qorxu gəlinir, tehqir edilir.Bizə olunan müraciyyətdə diqqətimizi, yazıda olan bir kuplet cəlb etdi.
-Yerpulu adı altında, hər kəsdən yığılan 3 manat pul müqvilində, heç bir qəbz təqdim etmirlər.Belə olan haldada vergidən yayınma qaçılmazdı.
Telexeber.az yaranmış bu utanc verici hala aydınlıq gətirilməsi üçün, Mingəçevir şəhər İcra Hakimiyyətinin, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliyev Sahib Hümmət oğlu ilə əlaqə saxladıq.
-Sahib müəllim işin əsas mövzusunu buraxıb, bazarın adını Kənt bazarı yox- Kolxoz bazarı olduğunu bizə vurğuladı.Bazarın adını bu cür, dəqiq bilən icra nümayəndəsi Sahib müəllimin, danışdıqları nə dərəcədə düzdür bilmirik, çox güman ki,adı çəkilən bazarda qanunsuz haqq yığılmasından xəbəri var imiş.
Bəs niyə susurlar?
Qanun hamı üçün bərabər deyilmi?
Azərbaycan Respublikasının sahibkarlarla bağlı və eləcədə, ümumiyyətlə gözəl qanun qaydaları var ki, bu qanun qayda qarşısındada hər bir Azərbaycanlının və Azərbaycanda yaşayan əcnəbilərin boynu qıldan incədir.
Heç kəs vergidən yayına bilməz.
Gələn səyfəmizdə daha geniş müzakirə olunacaq,diqqətiniz bizdə olsun.