Daha bir general işdən çıxarıldı
- 22.09.2023, 08:49,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay İlyas oğlu Məmmədov vəzifəsindən azad olunub.
Telexeber.az "Qaynarinfo"ya istinadən bildirir ki, bu barədə müvafiq əmr imzalanıb. Generalın işdən çıxarılma qərarı Penitensiar Xidmət sahəsində aparılan kadır islahatları ilə bağlıdır.
Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Tanrıverdi Mustafayevə müraciət etdik. Qurum rəsmisi bu barədə məlumatının olmadığını, Ədliyyə Nazirliyi ilə əlaqə saxlamağlmızı tövsiyə etdi.
Nazirlikdən isə məlumatı dəqiqləşdirib məlumat verəcəklərini dedilər.
Qeyd edək ki, Oqtay İlyas oğlu Məmmədov 2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində çalışıb. O, 2013-2016-cı illərdə Kürdəmir rayon Polis Şöbəsinin rəisi olub. 5 iyul 2016-cı il tarixdə ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Penitensiar Xidmətin rəis müavini təyin edilib.
Xatırladaq ki, Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov da təqaüdə göndərilib. Bu barədə də ilk məlumatı Qaynarinfo yaymışdı.