Sentyabrın 25-də Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşündən sonra İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirilib.
Telexeber.az xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri mərasimi onlayn izləyiblər.