TBMM sədri Sahibə Qafarovaya Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə danışıb, parlamentin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Telexeber.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.


“Azərbaycanın dəyərli millət vəkili Qənirə Paşayevanın vəfat xəbərindən kədərləndim. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya başsağlığı verdim. Mərhum millət vəkilinə Allah rəhmət eləsin, ailəsinə və qardaş Azərbaycana başsağlığı verirəm”, - o bildirib.
Популярный ролик