Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb.
Telexeber.az xəbər verir ki, bununla bağlı İctimai Televiziyada süjet yayımlanıb.
Bildirilib ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xocalı rayonuna 50 və Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görülür.