ARAF rəsmisi Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçildi

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilib.

Bu barədə Telexeber.az-a ARAF-ın mətbuat xidmətindən məlumat verilib. Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə qurumun baş katibi olub.
Baş Assambleyanın fevralın 2-də Bakıdakı yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.
Популярный ролик