Azərbaycanda partlayış: xəsarət alanlar var

Azərbaycanda partlayış: xəsarət alanlar varGəncədə evdə partlayış olub.

Telexeber.az apa-ya istinadən bildirir ki, hadisə şəhərin Yeni Qəsəbə yaşayış massivində qeydə alınıb.


1952-ci il təvəllüdlü Bayramova Məryəm Hüseyn qızı və 1954-cü il təvəllüdlü Rzayeva Pəri İsmayıl qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəyə səbəb qaz balonundan qaz sızması olub. Partlayış yemək bişirilərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик