Zəlzələlərə meydan oxuyan məscid - 864 ildir ki...
- 02.02.2020, 19:03,
- Gündəm / Dünya
Facebook
Вконтакте
Одноклассники
Google+
Elazığdakı Böyük Məscidin minarəsinə 864 ildir zəlzələlər təsir edə bilmir.
Publika.az xəbər verir ki, 1156-cı ildə inşa edilən məscid bu dəfə də zəlzələdən sağ çıxıb.
Əsrlərə meydan oxuyan Harputdakı Böyük Məscid Artukid bəylərindən biri Qara Arslan tərəfindən inşa edilib. Müxtəlif əfsanələrin də mövzusu olan minarə şərqə 7 dərəcə meyl etməsi ilə məşhurlaşıb.
Son Elazığ zəlzələsindən sonra minarəyə Regional Vəqflər Müdirliyi tərəfindən baxış keçirilib və zərər görmədiyi müəyyən edilib. Eyni zamanda, mümkün zəlzələ və digər təbii təsirlərə qarşı lazımi tədbirləri təyin etmək üçün "elm heyəti" yaratmaq qərara alınıb.
Fırat Unuiversitetinin professoru İsmayıl Aytac açıqlamasında "minarəni tənzimləmək də, olduğu kimi saxlamaq da risklidir" deyə bildirib.
Qeyd edək ki, minarə dünyanın ən meylli qala tipli quruluşu sayılır.