Təcili yardım istansiyasının Qaraj müdürü Yaqub müəllim pensiyaya gedir?
- 26.02.2024, 14:54,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Telexeber.az ın əldə etdiyi məlumata əsasən diqqətinizə çatdırım ki,Təcili yardım istansiyasının Qaraj müdürü Yaqub müəllimin əlindən demək olar ki,bütün səlahiyyətlər alınıb. Sürücü idarə etdiyi təcili yardım avtomobillərin təmiri üçün ilk növbədə biriqadirə,biriqadir isə yuxarılara məlumat verir və beləliklə iş Mirələm müəllimə gedir,təsdiqlənir,icra olunması üçün tapşırıq verilir.Sürücülər qeyd edir ki,əvvəlki günlərlə müqayisədə indi çox razıyıq.Müraciətlərimizə vaxtında baxılır,etibarlı ehtiyat hissələri ilə təmin edilirik və daha nələr nələr.
Xatırladaq ki, bir neçə gün əvvəl "103" xidməti ləğv olunub. TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib.TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb və əmirə əsasən, direktor vəzifəsinə Mirələm Cəlalov təyinat alıb.
Bizi bir sualın cavabı maraqlandırır,aidiyatı qurumlar Yaqub müəllimin bugünə kimi etdiyi xidmətin keyfiyətini araşdıracaq yoxsa .... ?
Məsələni diqqətimizdə saxlayacağıq.