İnsan həyatı sizinlə öyrənir, sizdən ilk həyat dərsləri alır. Uşaq təkcə tədrisdən deyil, eyni zamanda müəllimin davranışlarından, danışığından, leksikonundan, geyim tərzindən və sairdən öyrənir. Bu baxımdan müəllimlər cəmiyyət qarşısında böyük məsuliyyət daşıyır. Bütün bunlara baxmayaq müəllim də cəmiyyətimizin bir parçası olaraq onların da ağrıları, acıları, sosial problemləri vardır. Amma həyatın, yaşamın bütün ağırılarına baxmayaraq müəllimlərimiz öz problemlərin evlərinin kandarından çıxan kimi unudub, gül balalarımıza təhsil verməyə, öyrətməyə çalışırlar. Müəllim adını, müəllim şərəfini hər şeydən və hər nüansdan uca tuturlar. Bütün çətinliklərə sinə gərərək övladlarımızı cəmiyyətə hazırlayır, vətənpərvər, işgüzr və ən nəhayətində mütəxəssis kimi formalaşmasında əllərindən gələni əsirgəmirlər. Ona görə də onları cəmiyyətimiz hər zaman böyük hörmətlə qarşılayıb və qarşılamaqdadır. Məhz bu xüsusiyyətlərə görə müəllimlərimiz daim sevilib və böyük hörmət sahibi olublar.
Haqqında bəhss edəcəyimiz müəllimənin həyat səlnaməsinə nəzər yetirmək və cəmiyyətə mətbuat olaraq informasiya çatdırmaq istəyirik.
-Şükürova Günay Xanlar qızı 27.11.1982 ildə Bakı şəhərində anadan olmuşam.Təhsildə ilk ilimi Nərimanov rayon 93 nomrəli məktəbdə bitirmişəm.Yaşayış ünvanımızı dəyişib mərkəzdən Binəqədi rayonuna köçdüyümüz üçün sənətlərimi Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 li tam orta məktəbə verdim və təhsilimi Nurəhməd müəllimənin sinifində davam etdirdim.5-9 cü sinif üzrə s/rəhbərim Cəlilova Səidə fizika müəlliməsi oldu,11 ci sinif üzrə kimya fənn müəlliməm Şeiri müəllimə oldu (Allah hər iki qadin sinif rəhbərimə rəhmət eləsin).
Uşaqlar illərindən idman qabiliyyətimlə seçilən şagird qız olmuşam.İdmanı çox sevirdim, hər gün həvəskar yüngül Atletika növü üzrə normativləri icra edirdim,jim,qaçış,turnik,qol gücü,ştanqa ,şpaqat,guləş, üzgüçülük , voleybol,priqilka ,halqalar və sürət,sürət-güc,qüvvə, çeviklik,bədənin əyilmə qabiliyyəti,dözümlülük,bir sözlə hərəki qabiliyyətlərin hamısından hər gün normativləri yerinə yetirən 10 yaşlı yeni yetmə idim .
Məktəb illərində hələ də yadımdadır ki, normativləri oğlanlara aid verirdim,məqsəd oğlan dostlarımla gücümü sınamaq idi ki, onlar bu vəziyyətndən qorxsa da mən qürur duyurdum...Məktəbin bütün idman yarışlarında iştirak edirdim özü də sevə sevə.Elə bu həvəsin qüdrətidir ki, mən 38 yaşında yenidən tələbə oldum, özü də ADBTİA bakalavr üzrə ll fərqlənmə diplomu ilə BT və İ fakültəsi,ixtisas Şahmat üzrə.
1999 cu ildə Bakı Dövlət Sosial Pedaqoji kollecinə qəbul oldum, elə uniyə verdiyim ildə.Həmin tədris müəssəsinə qəbul oldum ,praktika müəlliməm isə Aztv televiziyasında xəbərlərdə LAP əlifbasında xəbərləri DAKTİL əlifbasi ilə şərh edən Ofeliya müəlliməm,daha sonra Cəvəhir müəllimə,Ədilə müəllimə olub.Oranı fərqlənmə diplomu ilə 2002 ci ildə Defektalogiya yəni xüsusi uşaqlarla ibtidai sinif üzrə mütəxəssis fakültəsi üzə müdafiə etdim.2003 cü ildə isə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında yenidən təkmilləşmə 1illik kursunu müvəffəqiyyətlə başa vurub normal şagirdlərlə ibtidai sinif müəllimi fakültəsinə dəyişdirdim.
2005 ci il oktyabrın 10 u tarixində sənədlərimi Binəqədi rayon Rövşən İmranov adına tam orta məktəbə təqdim edib , Uşaq Birliyi Təşkilatının rəhbəri vəzifəsinə müddətsiz işə qəbul olundum.Həmçinin 2007 ci ildə UBT RƏHBƏRİ üzrə Dilarə xanımın rəhbərliyi ilə kursu tam bitirdim.2009 cu ildə Azərbaycan YAP partiyasının Gənclər üzrə sədr müavini oldum, 2017 ci ildən bu günə qədər DİM daimi nəzarətçilikdə müəllimə vəzifəsini icra edirəm və hər ili şagirdlərin buraxılış, daktarantura, magistratura,peşə müəssisələri,qruplar üzrə blok imtahanlarında layiqincə işimi yerinə yetirirəm.
Binəqədi rayonu 205 saylı məktəbdə fəaliyyətim indi də davam edir və bu fəaliyyət zamanı öz üzərimdə daima inkişaf yönümündə yeniliklərin hamısından yararlanmişam:bunlar çoxlu beynəlxalq təlimlər,tədbir və sertifikatlar,fəxri fərmanlar,diplom , Təşəkkürnamələrlə ,təşkil səviyyəsi sahəsində göstərilən bütün təlimlərlə inkişafımı daima nəzarətdə saxlamışam.Çalışdığım 205 saylı məktəbdə öz işlərimlə məktəbə tədris üzrə fayda verən işçi olmuşam,çoxlu məktəbdənkənar tədbir, yarış,Xəmsə intellektual oyunlar,rəsm və yaradıcılıqla bağlı, bütün məsələlərlə bağlı işləri tam dəqiqliyi ilə icra etmişəm.
Mənim ən böyük arzum bildiyiniz kimi idman sahəsi olub, lakin ailəmlə əlaqəli özümə vaxt ayıra bilmirdim. ll təhsili alim və nəhayət Rəbbim o günü qismətimə 2019 cü il 28 apreldə abituriyent kimi heç hazırlaşmadan 5ci qrup üzrə imtahanda iştirak edərək bal toplayıb ADBTİA BAKALAVR ÜZRƏ qəbul oldum.Qrup 159 a1,Fakultəm Bədən tərbiyəsi və idman, ixtisasım isə Şahmat kimi yazmışdım,çünki şahmat bacarığım var idi. 2014 cü ildə yarışlarda ll dərəcəli,2015 ci ildən isə l dərəcəli şahmatçı adına layiq görülmüşdüm.Tam səmimiyyətimlə qeyd edim ki,akademiyada ən çətin ixtisas sahəsi Şahmat hesab olunur.İxtisas müəllimim İbrahimova Səbinə ,Praktika müəlliməm Bəxtiyar və Şəfəq müəllimə olub....
Nəhayət 2023 cü ildə 4 ilin əlaçı tələbəsi kimi stipendiyada alırdım,diplom müdafiəsi üçün imtahandan yüksək nəticəyə ll fərqlənmə diplomuna layiq görüldum.Həmçini bu fakültədə iki praktika kimi tədrisə olduq idman müəllimi kimi Binəqədi rayonu Rüstəm Əliyev adına 3 li məktəbdə İsmayıl və Rüstəm m rəhbərlik etdi 91 balla ordan ikinci praktika olaraq Sabunçu rayonu D massivində yerləşən Şahmat məktəbində praktikanı Şəfəq m və müəssisələrin rəhbərləri Rövşən müəllimlə davam edib 98 balla tamamladım .Bütün praktika rəhbərimiz Səbuhi müəllim idi.
2023cu ildə İdman Akademiyasını 94.55 balla yekunlaşdırdım. 29 avqust tarixində ilk diplomumun təqdimatı oldu (fərqlənmə diplomu) ,bütün İdman Akademiya müəllimlərim məni təbrik edib uğur arzuladı.2023 cü ilin elə yay aylarında da MİQ də iştirak edib bal toplayaraq 205 nömrəli məktəbdə işimi saxlamaqla, 335 nömrəli tam orta məktəbin də fiziki tərbiyə müəllimi kimi fəaliyyətimə başladım.
24.01.2024-cü il tarixdə Azərbaycan dili fənni üzrə intellektual oyun 8a,b,c, ç sinif şagirdləri ilə təşkil etdim və Qarabağ, Zəfər çağı, Xarıbülbül, Şuşa komandaları ilə lll turdan ibarət intellektual oyun oynanıldı.Qalib isə 70 balla Qarabağ 8a l yer,Şuşa 8ç ll yer 45 bal, Xarıbülbül lll yer 40 balla qalib oldular.Komanda iştirakçıları l,ll,lll yer ilə Diplomla təltif olundu.
1 Mart 2024 cü il tarixdə 205 nömrəli məktəbin nəzdində fəaliyyət göstərən 335 nömrəli tam orta məktəbdə *5Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə "Şən startlar"əyləncəli estafet idman oyunu təşkil olundu .Təşkilatın məhsul şəxsi fiziki tərbiyə müəllimi Şükürova Günay Xanlar qızı və məktəbin direktoru Xoşqədəm müəllimənin rəhbərliyi ilə təşkil olundu.
Qonağımız Bakı Şəhər Gənclər və İdman İdarəsinin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Namiq Tarverdiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Elvin Quliyev, Binəqədi rayonu İcra nümayəndəsi Elnur müəllim,ADBTİA-nın müəllimi Futbol idman növü üzrə FİFA-nın fitness instruktoru Azərbaycan Hakimlər Departamentinin fiziki hazırlıq məşqçisi, İdman ustası Rüstəmli Rüstəm , Binəqədi rayonu 3 nömrəli tam orta mməktəbin fiziki tərbiyə müəllimi Məhəmmədov Elxan ,205 məktəbin Tədris üzrə direktor müavini Mustafayev Qurban müəllim,fiziki tərbiyə müəllimləriYusif m,Elnora m,Orxan m,və 335 li tam orta məktəbin fiziki tərbiyə müəllimləri Aynurə m,Mənsud m iştirak etdi.
[02.03, 03:44] Azərbaycan bayrağinin rəngini təmsil edən komandalar Göy rəngdə Cəsur komandasi, qırmızı rəngdə Uğur komandası və yaşıl rəngdə Zəfər komandası ilə hər komandada 10 nəfərdən ibarət idman oyun növü təşkil olundu.
[02.03, 03:45] Qalıb komanda 1 ci yer Cəsur komandası
ll yer Zəfər komandası
lll yer Uğur komandası qalibiyyəti qazandı
[02.03, 03:47] Sonda Bakı Şəhər Gənclər və İdman İdarəsinin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Namiq Tarverdiyev tərəfindən təşkil olunmuş diplom,medal komanda üzvlərinə təqdim olundu,2023 cü il 15 senytabr tarixindən 335 saylı məktəbdə Fiziki tərbiyə müəllimi kimi fəaliyyətdəyəm.
Şagirdlər bizim gələcəyimizdir, biz müəllimlərin borcu isə sağlam düşüncəli həyatın çətinliklərinə baxmayaraq Əzimli,inamlı,şəxsiyyətyönümlü,cəsarətli,şagirdləri yönəldib başa salmaqdır... Mənim şagirdlərim bunu bilir ,çünki onlara şagird yox balam demişəm, öz övladım təki yanaşmışam...hər birinə fərdi zaman ayırıb dinləməyi və başa salmağı müəyyən anlarda özümə bir müəllim kimi borc bilmişəm.
Gələcəyimizi sağlam qurmaq ,şagirdlərdə keyfiyyətli şəxsiyyət yetişdirmək mənim hədəfim olub.
Şükürova Günay Xanlar qızının Həyat Səlnaməsini, A dan Z eyə qədər uğurlarını,təhsildə əldə etdiyi nailiyyətləri işıqlandırıb diqqətinizə çatdırdıq. Günay Şükürova 2019-2023 ADBTİA oxuduğu illər canımızdan can alan pondemiya dönəmlərinə düşdü və bu ağır günlərdə o,xəstəliklə əlaqəli hər iki valideyinlərini itirdi.2020 dekabrın 16 si atası Şükürov Xanlar,həmin ayın 21 i anası Şükürova Əminə Şahab qızını rəhmətə gedir.Bu ağrılı,acılı vəziyyətdə əlaçı tələbə kimi əzimlə fərqlənmə diplomu ilə təhsilini ll dəfə başa çatdırır.
-Tələbəlik illərində mənə dəstək olan bütün ADBTİA ailəsi müəllimlərindən Ağayusif müəllim güləşçi,Xəyyam müəllim zorxana milli oyun növü üzrə,Telman müəllim Akademiyanın əvəlik prarektoru, Ağacan müəllim qardaşı,Bella müəllimə,Mətanət müəllimə, Şəhla müəllimə,Gülnar müəllimə,Əbdü müəllim,Əfqan müəllim,Məhəmməd məllim,Səbinə müəllimə şahmatçı ,Rizvan müəllim prorektor, İsmayıl müəllim,Rüstəm müəllim,Dekan Arif müəllim,Elşad müəllim, Vasif müəllim,Arzu müəllim psixogiya fənni,Arif müəllim Azərbaycan tarixi tədris edən,Bayram voleybol üzrə müəllim,Üzeyir müəllim,Esmira xanım,Vəfa xanım, Şəfəq müəllimə şahmatçı,Qabil müəllim,Maqsud müəllim iqsadiyyat uzrə,Səbuhi müəllim praktika rəhbərimiz,Ellada və Aytən müəllimə rus dili üzrə, və s demək olar bütün akademiya ailəsi mənə öz həmkarları kimi münasibət göstərirdilər,səbəbi o idi ki,baxmayaraq mən öz tələbə qrup yoldaslarimdan dəfələrlə yaşda böyük idim ,lakin hər dərsə hazırlıqlı dəftər,kitab,tədrislə məşğul olub dərsə gecikməyən müəllimlərimə hörmətlə yanaşmağımı görüb məni sevirdilər, bir tələbə kimi....
Onuda diqqətinizə çatdırım ki,Şükürova Günay Xanlar qızı (Müəlliməmiz) 2006 cı il 29 noyabr tarixdə ailə qurub.İki övladı var (qız,oğlan)
Hər iki övladı 2014 cü ildən Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə rus bölməsi üzrə tədrisini davam edirirlər.Həyat yoldaşı ADBTİA bitirib,hal hazırda tikinti sahəsində fəaliyyət göstərir.Babası,Şükürov Kəkul Kəlbi oğlu Lerik rayonunda bütün ömürünü ibtidai sinif müəllimliyinə həsr edib.