Təhsil müəssisələrində tətilin vaxtı bu müddətə qədər uzadıldı - RƏSMİ

Təhsil müəssisələrində tətilin vaxtı bu müddətə qədər uzadıldı - RƏSMİ
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Telexeber.az bildirir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Популярный ролик