Səhiyyə nazirindən koronavirusla bağlı açıqlama
- 28.04.2024, 12:58,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
"Koronavirusla bağlı vəziyyət alimlərin ehtimal etdiyi kimidir. Hər şey ehtimal etdiyimiz ssenari üzrə gedir".
Telexeber.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev REAL TV-də yayımlanan "Mir Şahinin vaxtı” verilişində deyib.
Nazir əlavə edib ki, mutasiya nəticəsində daha zəif ştamlar əmələ gəlir:
"Bəzən yolxucu qabiliyyəti yüksək də ola bilir. Amma xəstəliyin kifayət qədər yüngül və mövsümi qripə bənzər gedişatı var".