Azərbaycan bu il avtomobil ixracına başlayacaq

Azərbaycan bu il avtomobil ixracına başlayacaqAzərbaycan bazarında elektromobillərə tələbat böyük deyil.

Telexeber.az xəbər verir ki, bunu trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib.
Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur:

"Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifadəyə keçid üçün zəruri infrastrukturu yaratmaq iqtidarındadır. Elektromobillərin istehsalı üçün benzin mühərrikli avtomobillərin istehsalı ilə müqayisədə daha az vəsait tələb olunur. Elektromobillərə keçid istehsalçılar üçün təkcə ekoloji deyil, həm də iqtisadi baxımdan səmərəli olacaq".

İstehsalın genişləndirilməsi məsələsinə toxunan E.Axundov bildirib ki, hazırda Hacıqabul sənaye məhəlləsində kiçiktonnajlı yük maşınları və mikroavtobusların istehsalı zavodunun tikintisi davam edir:

"Hesablamalarımıza əsasən, bu obyektin tikintisi 2020-ci ilin iyununadək başa çatacaq. Zavodun tikintisində "Azərmaş"ın payı 100 faiz təşkil edəcək. 2018-ci ilin oktyabrından 2020-cim ilin fevralınadək "Azərmaş" ASC 4 min maşın istehsal edib. Bu ilin aprelində Ukraynaya ilk ixracın yola salınması planlaşdırılır".

O bildirib ki, növbəti mərhələdə Özbəkistana ixrac təşkil olunacaq, amma bunun müddəti barədə danışmaq hələ tezdir.

Qeyd edək ki, Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası 2019-cu ildə təsis edilib. "Azərmaş" ASC-nin açılışı mərasimi 2018-ci ilin martında baş tutub. Zavod Neftçala sənaye məhəlləsində yerləşir.
Популярный ролик