Vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik!
Həftə ərzində 7 gün, gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət, inamla şərtlənir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq polisin həyatı,xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu onun həyatı bahasına başa gəlir.
Söhbət açacağımız vətənpərvər insan, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi polkovnik-leytinant Rövşən Tağıyevdir.Onun təşkilatçılıq bacarığı, ictimaiyyətin rəğbətini qazandıran fərdi keyfiyyətləri diqqətdən yayınmayıb və o məsul vəzifələrdə həmişə irəli çəkilib, burada da öz çalışqanlığı, savadı və qabiliyyəti ilə fərqlənib.Onun məhz bu parlaq insani cəhətləri və haqq işi uğrunda mücadiləsi, rəhbərlik tərəfindən daim qiymətləndirilib.Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur.
Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri — nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşman olurlarsa da, sonrakı peşmançılıq fayda vermir. Çox təəssüf.