Nuşirəvan Məhərrəmlinin yerinə seçilən İsmət Səttarov kimdir? - DOSYE

Nuşirəvan Məhərrəmlinin yerinə seçilən İsmət Səttarov kimdir? - DOSYEBu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq, Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

İsmət Səttarov kimdir? Telexeber.az İsmət Səttarovun dosyesini təqdim edir:
İ.Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirmiş, 2002-ci ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika və tətbiqi riyaziyyat fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2000-2004-cü illərdə bank sektorunda çalışmış, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra etmiş, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub.

19.09.2016-cı il tarixindən ARB Media Qrupun rəhbəri olub, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il sərəncamı ilə İsmət Səttarov 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Evlidir, bir övladı var.
Популярный ролик