“SOCAR Turkey” rəhbəri: “Palmali”nin bizə borcu var"
- 11.04.2020, 09:02,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Sosial şəbəkələrdə bəzi qruplar bizimlə bağlı mənfi rəylər formalaşdırmağa çalışırlar.
Telexeber.az xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”nin baş icraçı direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.
“Palmali Group” adlı şirkətin bəzi tərəfdarlarının bizə qarşı mənfi rəy formalaşdırmaq cəhdi var, amma bu şirkətin sahibinin bizimlə heç bir əlaqəsi, şərikliyi yoxdur. Bu şirkətlə Londonda məhkəmədə olmuşuq. Bizim onlara borcumuz yoxdur, onların bizə borcu var. Buna baxmayaraq, belə bir fikir formalaşdırmaq istəyindədirlər”,- deyə o əlavə edib.
“SOCAR Turkey” rəhbəri Azərbaycan şirkəti olaraq Türkiyədəki investisiyalara eyni formada davam edəcəklərini vurğulayıb.
Z. Qəhrəmanov qeyd edib ki, SOCAR 15 ölkədə fəaliyyət göstərir və bu ölkələr arasında ən etibarlı investisiya şəraiti Türkiyədədir. Onun sözlərinə görə, bu təkcə bu gün üçün deyil, həmişə qüvvədədir: “Biz Azərbaycan Dövlət Şirkəti olaraq Türkiyəyə 16 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırmışıq və bu investisiyalar davam edəcək.(Report)