190 manatı alanların sayı 75 minə çatdı
- 14.04.2020, 08:32,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan 20 min şəxs üçün də birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsini təmin edib.
Nazirlikdən Telexeber.az-a verilən məlumata görə. həmin vətəndaşların qeydiyyata alınan zaman qeyd etdikləri telefon nömrəsinə göndəriləcək SMS-də vətəndaşa birdəfəlik vəsaiti haradan gedib alacağı bildiriləcək.
İşsiz şəxs evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilərsə - istənilən poçt şöbəsinə, bank göstərilərsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib onun üçün köçürülmüş birdəfəlik ödəməni ala bilər.
Qeyd edək ki, aprelin 9-dan etibarən bu ödəmələrin verilməsinə başlanıb və proses hər gün davam edir. Nazirlik artıq 75 min işsiz üçün birdəfəlik vəsait ödənişini həyata keçirib.