Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin bitib tükənməyən problemi,Hicran Əyyubova ŞOK faktları açıqladı.
- 29.01.2025, 11:06,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə 01.05.2024-cü il tarixində Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktor vəzifəsinə təyin edilən Hicran Əyyubova, kollecin daxilində Rizvan müəllimin yaratdığı rüşvətxorluğun,özbaşınalıqlığın təmizlənmə prossesi aparıldığı haqda Telexeber.az danışdı.Diqqətə çatdırım ki,Rizvan Qənbərovun dönəmində kollecin vəziyyəti pulla,rüşvətlə ölçülürdü,təhsildən söhbət belə gedə bilməzdi.Çox saylı şikayətləri nəzərə alaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində olublar.Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb.
Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Tədris ilində 1 ştat (500 saat) dərsə görə 200 manat istənilən,analıq məzuniyyətində olan müəllimənin dərs saatını 200 manata satan,tələbələrin (şagirdlərin) rüşvət müqavilində dərsdən yayınma faktları və rüşvət müqavilində dərsdən yayınan tələbələrin qiymətləndirilmə prossesinin aparılması kimi faktlar niyə və hansı səbəbdən aidiyyatı orqanlarda araşdırılmadı,ört basdır edildi.
Bu cür kirlənmiş kolləcə Hicran Əyyubovanı direktor təyin edəndə əlbəttə ki,narazılıq edəcək.Rizvan Qənbərov Tovuz Dövlət Sosial-İqtisadi Kollecində səlahiyyətindən istifadə edərək özünə yüksək gəlirli biznes qurubmuş.Hicran Əyyubova onuda bildir di ki,tələbələrin valideyinləri hal hazırda məndən kollecin rüşvətlə kirlənmiş dönəmlərini tələb edirlər.Ancaq mən buna yol vermərəm,vermiyəcəmdə.O qeyd edib ki,hərbir tələbə dərs vaxtı sinifdə olacaq,dərslərə laqeyd yanaşan tələbələr,müəllimlər cəzalanacaq,Rizvan Qənbərovun yaratdığı rüşvət bataqlığına işıqlı yol çəkəcəm deyə Hicran Əyyubova Telexeber.az a bildirib.
Bizdə ümüd edirik ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində rüşvət tamamilə yığışdırılacaq və tələbələrə yüksək səviyyədə təhsil veriləcək.