Vilyam Hacıyevdən yeni xəbər: Məhkəməyə gətirildi
- 06.05.2020, 20:36,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.
Telexeber.az Report-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılır.
Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.
Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.