Yaşar Əliyev Prezident Administrasiyasında yüksək vəzifəyə təyin olundu

Yaşar Əliyev Prezident Administrasiyasında yüksək vəzifəyə təyin olunduPrezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.

Telexeber.az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Yaşar Əliyev təyinat alıb. O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

Qeyd edək ki, Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Популярный ролик