Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib
- 26.05.2020, 08:02,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Şamaxı rayon İcra Hakimiyyətinin (İH) başçısı Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib.
Telexeber.az xəbər verir ki, T.Məmmədov AzTV-yə müsahibəsində hazırda sosial izolyasiya rejimində çalışdıqlarını deyib.
İcra başçısı bildirib ki, digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür:
"O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk”.