""Keşikçidağ"da təxribat törədiləcəyi haqda məlumatlar əldə olunub" - DSX
- 04.06.2020, 08:26,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
İyun ayının 4-də Azərbaycan - Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Telexeber.az-a verilən verilən məlumata görə, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.
Məlumatda qeyd olunub ki, Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.