Bakıda 100 il əvvəl edilən "vəsiyyət" yerinə yetirildi

1926-cı il Bakı Türkologiya Qurultayında qəbul edilən qərar 100 il sonra yerinə yetirilib.

Telexeber.az xəbər verir ki, 1926-cı ildə keçirilən qurultayda növbəti toplantının Səmərqənddə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bu qərar müxtəlif maneələr səbəbindən uzun illər ərzində həyata keçirilməmişdi.
Məlumata görə, Özbəkistanın tarixi Səmərqənd şəhəri türk dünyasının dil və mədəni irsini gələcək nəsillərə daşımaq məqsədilə təşkil olunan "100 illik irs: Səmərqənd Türkologiya Konqresi"nə ev sahibliyi edib.

Tədbir Yunus Əmrə İnstitutu, Türk Dili Dərnəyi, Mərmərə Universiteti və Səmərqənd Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Türkologiya ictimaiyyətində "100 illik vəsiyyət" adlandırılan bu qərar bir əsr sonra genişmiqyaslı elmi toplantı ilə gerçəkləşdirilib. Türkiyə, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Şimali Makedoniyadan çoxsaylı alim və akademiklərin qatıldığı konqresdə türk dünyası ilə bağlı mühüm mövzular müzakirə olunub.

15 fərqli sessiyada keçirilən təqdimatlarda ortaq əlifba üzrə tədqiqatlar, türk dilinin dünya dilləri arasındakı mövqeyi, mədəni əməkdaşlıq modelləri və rəqəmsal dövrdə türkologiya araşdırmalarının yeni istiqamətləri akademik baxımdan dəyərləndirilib.
Популярный ролик