Paşinyan ona “türk” deyənlərə cavab verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ona qarşı səsləndirilən “sən türksən” ifadəsinə münasibət bildirib.

Telexeber.az xəbər verir ki, Paşinyan iştirak etdiyi tədbirdə çıxışı zamanı bəzi siyasi rəqiblərinin onu hədəf almaq üçün bu ifadədən istifadə etdiyini deyib.
Baş nazir qeyd edib ki, müxtəlif səbəblərdən bu sözlə tez-tez qarşılaşır və bunu təhqir kimi qəbul etmir.

“Bu, çox adi bir haldır. Müxtəlif səbəblərdən bu ifadəyə kifayət qədər tez-tez məruz qalmış biri kimi, məni alçaltmaq məqsədilə bunu işlədənlərə demək istəyirəm ki, bu sözlə məni heç cür incidə bilmirlər. Çünki mən bunu təhqir hesab etmirəm”, - deyə Paşinyan bildirib.
Популярный ролик