Vüsal Aslanov onlara vəzifə verdi - FOTO
- 20.06.2026, 12:13,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

"Bakı Metropoliteni" QSC-də yeni kadr təyinatları olub.
Telexeber.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.
Belə ki, Günel Hüseynova QSC-nin Ətraf mühitin mühafizəsi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
O bu təyinatadək həmin şöbədə mühəndis, daha əvvəl isə ekoloq vəzifələrində çalışıb.
Bundan əlavə, digər əmrlə Cavid Süleymanov QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini təyin edilib. O bundan əvvəl "BakuBus"da çalışıb.
Daha bir əmrlə, Fidan Mirzəlizadə QSC-nin Strateji inkişaf departamentinin rəis müavini təyin edilib. O bu təyinatadək həmin departamentdə Layihə idarəedilməsi şöbəsinin rəisi müavini işləyib.

