Binəqədidə tikinti sualları artır: Baş memar Şahin Musayev ictimaiyyətə nə cavab verəcək?


Binəqədi rayonu son illərdə paytaxtın ən sürətlə tikilən ərazilərindən birinə çevrilib. Yeni yaşayış massivləri, yeni fərdi evlər və yeni tikinti layihələri demək olar ki, hər addımda gözə dəyir. Lakin bu sürətli tikinti fonunda vətəndaşların narahatlığı da artır.

Sosial şəbəkələrdə, media platformalarında və sakinlər arasında tez-tez eyni suallar səslənir: bəzi ərazilərdə infrastruktur yükü niyə artır, niyə kommunal problemlər yaşanır və niyə bəzi tikililərlə bağlı sonradan hüquqi çətinliklər ortaya çıxır?

Bu sualların fonunda diqqətlər təbii olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin baş memarı Şahin Musayevin fəaliyyət sahəsinə yönəlir. Çünki memarlıq və şəhərsalma məsələləri rayonun gələcəyini müəyyən edən əsas istiqamətlərdən biridir.

Sakinlərin bir hissəsi hesab edir ki, tikinti prosesləri ilə bağlı daha geniş məlumatlandırmaya ehtiyac var. İctimaiyyət tikinti layihələrinin şəhərsalma planlarına uyğunluğu, infrastruktur imkanları və gələcək risklər barədə daha açıq izahlar gözləyir.

Bu gün Binəqədidə tikilən hər yeni bina yalnız bir tikinti obyekti deyil. O bina gələcəkdə su, qaz, işıq, yol, məktəb, uşaq bağçası və digər sosial xidmətlərə əlavə yük deməkdir. Əgər planlaşdırma ilə inkişaf arasında tarazlıq qorunmasa, problemlər sonradan daha qabarıq şəkildə üzə çıxa bilər.

Məhz buna görə vətəndaşlar cavab istəyirlər. Onlar Binəqədinin necə inkişaf etdiyini, tikinti proseslərinə hansı nəzarətin həyata keçirildiyini və gələcək problemlərin qarşısının necə alınacağını bilmək istəyirlər.

Şahin Musayevin rəhbərlik etdiyi istiqamət üzrə ictimaiyyətlə daha aktiv kommunikasiya qurulması, qaldırılan suallara aydın münasibət bildirilməsi və narahatlıqların aradan qaldırılması rayon sakinlərinin gözləntiləri sırasında yer alır.

Çünki şəhərsalma yalnız bu günün deyil, gələcək nəsillərin yaşayacağı mühitin formalaşdırılması deməkdir. Binəqədidə isə həmin gələcəklə bağlı sualların sayı hələ də az deyil.

Bu məsələ ilə bağlı növbəti toxunacağımız faktlar hərkəsin marağına səbəb olacaq.

1) Qanunsuz tikililərlə bağlı video fakt hazırlanacaq.

2) Qanunsuz tikililərə hansı yollarla kamunal xidmət göstərilir,Qaz,Su,İşığın çəkiliş qiyməti.

3) Maklerlərin bu qanunsuz işlərdə əsas rolunu ifşa edəcəyik.
Популярный ролик